Koronar Kalsium Dərəcələndirməsi

Koronar kalsium dərəcələndirməsi; 15sn sürən, tək nəfəs tutulumunda, damardan hər hansı bir dərman verilmədən aparılır. Bu tədbiqdə ürək damarlarındakı damar sərtliyinin qəti bir göstəricisi olan kalsium ehtiyatlarının varlığı və miqdarı müəyyən olunmaqdadır. Kalsium ehtiyatlarının müəyyən olunması ilə xəstələrin ürək xəstəliyi baxımından riski təyin olunmaqda, erkən diaqnoz qoyulduğunda gələcəkdə inkişaf edən ürək xəstəliklərinin qarşısını almaqda yardımcı vasitədir. Ürək damarlarında erkən dövrdə müəyyan olunan kalsium təcrübələri, başlanğıc halındakı damar sərtliyini göstərir və alınan tədbirlərlə damar sərtliyinin inkişafının irəliləməsi dayandırıla və ya gerilədiləbilər.

Darama testi olaraq qəbul edilən koronar kalsium daraması, kişilərdə 35 yaş və üzərində, qadınlarda isə 40 yaş və üzərində, bütün sağlam fərdlərdə, ürək çatışmamazlığı riskinə səbəb olan; yüksək xolesterol, ailədə erkən yaşda ürək xəstəliyi , şəkər xəstəliyi, yüksək qan təzyiqi, siqaret, hərəkətsiz həyat və köklük kimi risk faktorları varlığında, damar sərtliyinin erkən diaqnozu məqsədiylə təkrarlanan darama testi olaraq istifadə edilə bilər.

Koronar kalsium daraması nəticəsində əldə edilən hesab hər xəstədə sıfır olmalıdır. Yəni ürək damarlarında kalsium yığıntısı görülməməlidir. Hesabın sıfır olması ümumiyyətlə ürək damar xəstəliyinin olmadığını və infarkt riskinin çox aşağı olduğunu düşündürür. Ancaq yenə də hesab sıfır olsa belə, ürək çatışmamazlığından qorunmaq üçün risk faktorlarından qorunma və sağlam həyat şəraiti tövsiyə edilir.

Skor sıfır deyilsə, kalsium ehtiyatlarının miqdarına görə aşağı, orta və ya yüksək dərəcədə ürək damar xəstəliyi riski olduğu deyilə bilər. Kalsium ehtiyatlarının miqdarı ilə damar sərtliyinin şiddəti birbaşa olaraq mütənasibdir. Kalsium dərəcələndirilməsinin dərəcəsinə görə risk faktorlarının qarşısının alınması və / və ya dərmanla müalicə tətbiq oluna bilər. Dərəcə ciddi bir damar tıxanıqlığının ola biləcəyini düşündürür xəstəyə koronar Anjiyoqrafiya edilə bilər və ya birbaşa olaraq kateterlə anjiyoqrafiyə göndərilə bilər.